BolgeXeber.Com » Fotoqalereya » İki yük maşını toqquşdu: ölən və yaralanan var

İki yük maşını toqquşdu: ölən və yaralanan var

24-11-2012, 12:25
Oxunub: 6 285 Bu gün Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı - Qazax yolunun 158-ci km-də vətəndaşa məxsus “KamAZ” markalı yanacaq daşıyan avtomobil ilə "Shacman" markalı yük avtomobili toqquşub. Nəticədə “KamAZ” markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Shacman" markalı avtomobilin sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər “KamAZ”dan ətrafa dağılmış yanacağı yuyub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.