BolgeXeber.Com » Gündəm » Azərbaycanın şimalındakı Amerikalı “müəllimlərin tərkibi dəyişdi”

Azərbaycanın şimalındakı Amerikalı “müəllimlərin tərkibi dəyişdi”

30-01-2011, 14:00
Oxunub: 6 936
Səbəbəbini isə açıqlamırlar

Son iki üç il ərzində Azərbaycanın müxtəlif regionlarında Amerikanın müxtəlif ştatlarından, həmçinin Böyük Britaniyadan, Danimarkadan və s.təşrif buyuran, gənclərə və uşaqlara “ingilis dili”dərsləri keçən müəllimlərin olması heç kəsə sirr deyil. Bu “müəllimlərin” böyük bir qrupu da respublikamızın şimalında məskunlaşmışdır. Bu şəxslər Quba-Qusar-Xaçmaz-Xudat ərazilərində iki-iki,üç-üç yerləşərək burada müxtəlif sosial qrupların nümayəndələrinə və onların uşaqlarına “ingilis dili” tədris etməkdə idilər. Qeyd edək ki,bu müəllimlər öz təəccüb doğuracaq savad və ünsiyyət qurmaqları ilə coxdan əhalinin bir növ diqqət mərkəzinə çevrilmişdilər.

Misal üçün Xudat şəhərində məskunlaşmış amerikalı müəllimlər nəinki azərbaycan dilini,hətta ləzgi dilini də bilmələri ilə hamını çaşdırmışdılar.Məlumat üçün deyək ki,regionda ləzgi ailəsində doğulub,boya-başa çatmış kifayət qədər ailələr var ki,ləzgi dilində heç də bu amerikalı müəllimlərdən yaxşı danışa bilməsələrdə, ləzgi dilində mükəmməl danışan, Xudat şəhərində yaşayan cavan Ceyms(qrupda iki Ceyms (Bond?)var ki, əhali bu şəxsləri qoca və cavan Ceyms kimi tanıyırlar) bu dili mükəmməl bilməyini Xudata gəlməmiş, 2-3 il Qusarda yaşamağı ilə əsaslandırırdı. Bu müəllimlərin dərslərində iştirak edən gənclərin söylədiklərinə və apardığımız müşahidələrə əsasən,deyə bilərik ki,istifadə etdikləri dərslik materiallarınada Bibliyaya və Bibliyadan hekayələrə istinad edən bu “müəllimlər” hətta ən ekstremal şəraitdə belə biri-birinin qrupuna dərs demirlər. Xudat şəhərində yaşayan sakinlərdən vəhabi təriqətinə məxsus şəxslərin uşaqlarına cavan Ceyms deyirdi və əgər o hər hansı səbəbdən dərsə gələ bilmirsə,(lap deyək ki, adəti üzrə sərhəd zolağı sayılan əraziyə gedibsə) qoca Ceymsin onun tələbələrinə dərs deməyə ixtiyarı yox idi.

Həmçinin siyasi partiya üzvləri və ya fəal gənclərə, əsasən də müxalifət nümayəndələrinə və onların yaxınlarına qoca Ceyms dərs deyirdi ki, o da hər hansı səbəbdən dərsdə yoxdusa, onu heç kəs əvəz edə bilməzdi. Bunu isə hər ikisi, hər kəsin dərs keçərkən özünə məxsus metod və taktikalarının olması ilə izah edirdi. Qeyd etdiyimiz kimi,şimal regionunda iki-iki, üç-üç məskunlaşan bu “müəllimləri” isə, Xaçmaz şəhərində yaşayan, Los-Angelesdən gəlmiş Deyrik adlı şəxs kurasiya edirdi.Yerli sakinlərdən də onlara bir növ bələdçilik edən bir qrup insanlar olsa da,onlar həmişə qapalı olaraq, yalnız gəzirdilər. Bu yaxınlarda isə əldə etdiyimiz məlumata görə onlar gözlənilmədən digərləri ilə əvəz olunublar. Hətta belə demək mümkündürsə, qəfildən,tələbələrinə belə xəbərdarlıq etmədən dəyişiliblər ki, bu da hamını təəccübləndirib. Qeyd edək ki,onlar bu ərazidə yaşadıqları müddətdə kifayət qədər tələbə toplamağa müvəffəq olmuşdular. /Bolgexeber/Cəmil Məmmədli/