BolgeXeber.Com » Dünya » Dələ Kaliforniyada 45,5 min sakini, məktəb və müəssisələri işıqsız qoyub

Dələ Kaliforniyada 45,5 min sakini, məktəb və müəssisələri işıqsız qoyub

26-07-2017, 11:31
Oxunub: 35 030 Dələ Kaliforniyada 45,5 min sakini, məktəb və müəssisələri işıqsız qoyubABŞ-da Kaliforniyanın San-Diyeqo şəhərində dələ bütün şəhəri işıqsız qoyub

Trend-in məlumatına görə, dələnin törətdiyi qəza nəticəsində yalnız 45,5 min sakin deyil, həmçinin şəhərdə məktəb və müəssisələr də işıqsız qalıb.

İnsident gündüz saatlarında baş verib - əsas ötürücü xəttə çıxan dələ elektrik naqilini zədələyib.

Təxminən 1 saatdan sonra müvafiq xidmət əməkdaşları şəhərdə elektrik enerjisinin verilişini bərpa edə biliblər.