BolgeXeber.Com » Siyasət » BMT Rusiyaya "yox" dedi

BMT Rusiyaya "yox" dedi

26-07-2017, 11:32
Oxunub: 2 570 BMT Rusiyaya "yox" dediSəfirliyə hücumu pisləyən bəyanat verilmədi

Rusiyanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin güllələnməsi barədə bəyanat BMT-nin Təhlükəsizlik Şurasının gündəliyindən təcrid edilib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə adıçəkilən ölkənin təşkilatdakı daimi nümayəndəliyindən məlumat verilib.

"Rusiya BMT TŞ üzvləri arasında bu hücumu pisləyən qısa məzmunlu bəyanat layihəsi yayıb. Lakin təəssüf ki, bəzi üzvlər yenidən rusiyalıların layihəsinə baxmaqdan imtina ediblər. Onlar hücumun terror aktı olması barədə sübutların olmamasını əsas gətiriblər".

Rusiya nümayəndəliyinin məlumatına görə, son zamanlar Rusiya səfirliyinin atəşə məruz qalma halları artıb. Rus diplomatlar terrorzimlə mübarizədə qüvvələri birləşdirməyə çağırış ediblər.

Son dəfə belə hal iyul ayının 24-25-də olub. Səfirlik ərazisinə bir neçə mərmi düşüb.