BolgeXeber.Com » Mədəniyyət » “Eurovision-2018”in ev sahibi bilindi VİDEO

“Eurovision-2018”in ev sahibi bilindi VİDEO

26-07-2017, 11:38
Oxunub: 4 407 “Eurovision-2018”in ev sahibi bilindi VİDEOFinal və yarımfinalların tarixi də açıqlanıb

“Eurovision-2018” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final mərhələlərinin tarixi və keçiriləcəyi şəhər bəlli olub. İstiPress-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Portuqaliya Milli Televiziyası və Avropa Yayım İttifaqı Lissabonu seçib.

Bundan əlavə müsbiqənin rəsmsi “Twitter” səhifəsində mərasimə həsr edilən video da yerləşdirilib.

"Eurovision"nun yarımfinal və final mərhələlərinin tarixi də müəyyən edilib. Yarımfinallar 8 və 10 may, final isə mayın 12-də keçiriləcək.

Xatırladaq ki, bu il adıçəkilən müsabiqə Ukraynanın paytaxtı Kiyev də baş tutub. “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, 758 xal toplayıb.