BolgeXeber.Com » Ölkə » “Azəristiliktəchizat” ASC sakinləri yenədə isti suya həsrət qoydu - ŞİKAYƏT

“Azəristiliktəchizat” ASC sakinləri yenədə isti suya həsrət qoydu - ŞİKAYƏT

26-07-2017, 12:10
Oxunub: 2 907 “Azəristiliktəchizat” ASC sakinləri yenədə isti suya həsrət qoydu - ŞİKAYƏTBakı şəhər Suraxanı rayon Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, bina 22-də yaşayan Ağaxanov Sərxan BakuNews.az-a müraciət edib

Onun redaksiyamıza üz tutamasına qəsəbədə baş verən qanunsuzluq və buna cavab verəcək orqan tapa bilməməsi səbəb olub. S.Ağaxanov qeyd edir ki, yaşadığı binanın özünə məxsus qazanxanası mövcudur.

Beləki, bu qazanxana vasitəsi ilə mənzillərə gündə 2 dəfə 3 saat olmaq şərti ilə isti su verilməkdədir. Vətəndaşın bildirdiyinə görə, mənzilə verilən içməli su ilə qazanxanadan gələn isti suyun pulları fərqli şəkildə ödənilməkdədir. Bir mənzilə gələn soyuq suya ayrı isti suya ayrı pul ödənilir. Qazanxanaların ödənişi əvvəlcədən yığıldığından isti su məsələsi vaxt tamam olana qədər verilməlidir. Amma təəssüflər olsun ki, ödədiyimiz pul qarşılığında suyumuz verilmir. Sərxan bəy qeyd edir ki, ailədə körpə uşaqlar olduğundan isti suya mütləq ehtiyac duyulmaqdadır. Və əvəlcədən alınan pulların əvəzində isə isti suyumuz verilmir. Iyul ayının 14-dən isti sularımız kəsilib və bununla bağlı döymədiyimiz qapı qalmayıb. Kimə müraciət ediriksə bir mənalı olaraq “Azəristiliktəchizat”ın “AzəriQaz”a borcu olduğu üçün qazanxanaya qaz verilməsinin dayandırılaraq blomlandığı deyilir. Sakinlərin qazanxanaya borcları olmadığı halda təşkilatlar arasındakı borc məsələsi sakinlərin zülm çəkməsinə vüsət yaradıb. Iki idarənin arasında baş verən qalmaqalda sakinlər əziyyət çəkir.

Qaraçuxur qəsəbəsində yerləşən Eksperimentalnı binanın başqa qızdırıcı avadanlıqların quraşdırılması qadağan edildiyindən qazanxanalar vasitəsi ilə həmin binalar isti su ilə təmin edilir. Bu istilik məsələləri “Azəristilik təchizat” idarəsi tərəfindən yerinə yetirilməkdədir. Yaranan problemin “Azəristiliktəchizat”ın 9 saylı İstilik Sistemlərinin İstismar Sahəsi nəzarət etdiyi ərazidə yerləşməkdədir.

Redaksiyamıza müraciət edən Sərxan bəy, “Azəristiliktəchizat”a dəfələrlə müraciət etməsinə baxmayaraq verilən suallardan qaçaraq cavab vermədiklərini qeyd edir. “Azərqaz” isə məsələnin onlardan deyil “Azəristiliktəchizat” tərəfindən qaynaqlandığını vurğulamaqdadır.

Sakinlər dərdlərini kimə deyəcəklərini artıq bilmirlər. Biz neyləyək deyə sual edirlər…
Redaksiyamıza müraciət gec saatlarda olduğundan adiayyatı qurumlarla əlaqə saxlaya bilmədik. Məsələ ilə bağlı adları çəkilən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.