BolgeXeber.Com » Gündəm » Nəsimi RİH-nin başçısı nədən narahatdır? – Asif Əsgərovu narahat edən səbəblər

Nəsimi RİH-nin başçısı nədən narahatdır? – Asif Əsgərovu narahat edən səbəblər

31-07-2017, 09:10
Oxunub: 4 733 Nəsimi RİH-nin başçısı nədən narahatdır? – Asif Əsgərovu narahat edən səbəblərYuxarı instansiyalarda baş verən son dəyişikliklərdən və çıxan qərarlardan ən çox narahatlıq duyan icra başçılarından biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur

Təbii ki bu narahatlığın əsas səbəbi artıq uzun müddətdir A.Əsgərov haqqında ölkə mətbuatında tənqidi yazıların artmasıdır.
Bolgexeber.com bildirir ki, Prezident İlham Əliyevin məmurların övladlarının hərəkətlərinə diqqət etməsi ilə bağlı tapşırıqlarından nəticə çıxarmayan məmurlardan biri də Asif Əsgərovdur.
Asif Əsgərovun oğlunun bir müddət əvvəl “avtoşluq” ilə gündəmə gəlməsi mətbuatda bütün diqqətləri icra başçısının üstünə toplamışdı. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbail RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.

Bu məsələnin ardından Nəsimi rayonunda törədilmiş “soyqırım” yenidən Asif Əsgərovun mətbuatda tənqid olunmasına şərait yaratdı.
Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən “yaşıl soyqrım”lardan biri bu ilin mart ayının 31-də həyata keçirildi. Rayonun 4-cü mikrarayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilərək “Kamaz”larla daşındı. Qeyd edək ki, o vaxt Nəsimi RİH-i baş verənlərə həmin ərazidə abadlıq işləri aparıldığını deyərək haqq qazandırdı. Ancaq sakinlər iddia edirlər ki, ərazi iş adamlarına satılıb və yaxın günlərdə hündürmərtəbəli binaların tikintisinə başlanacaq.

Rayonda digər “agac qətliamı” ötən ilin dekabrında Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirildi. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqladılar. Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildirdilər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.

Bu yaxınlarda isə Nəsimi RİH-nin başçısı Asif Əsgərovun Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində – “Əcəmi” metrostansiyasının çıxışından 5 metr irəlidə özünə yeni obyekt tikdirməsi ilə bağlı iddialar irəli sürülür.
Sakinlərin sözlərinə görə, onların etirazlarına baxmayaraq, binanın qarşısındakı yaşıllıq ərazi hasarlanıb. Hələ bu az imiş kimi metroya gedən yol da çəpərlənərək sökülüb.

“Qazıntı işləri aparanların sözlərinə görə, burada bina tikiləcək. 2-ci mikrorayonda sakinlərin dincəlməsi, hava alması üçün bir qarış yer qalmayıb. Hamısını satıblar. Əvvəllər birnci mərtəbələrdə yaşayanları bezdirilib çıxardırdılar, sonra isə yerində gəncləri və yeniyetmələri yolundan azdıran əyləncə mərkəzləri istifadəyə verirdilər.

Binaların xarici görünüşünü eybəcərləşdirməklə yanaşı, sakinlərin rahatlıqlarını da əlindən alıblar. Etiraz edəndə isə deyirlər ki, burada Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov özünə obyekt tikdirir. Dərdimizi kimə deyək, bilmirik”- deyə, bildiriblər.

Yuxarıda qeyd olunan iddialar bir sual ortaya çıxarır: Asif Əsgərovun bu arxayınlığının səbəbi nədir?
Çünki daim adı böyük qalmaqallarda hallanan Asif Əsgərov haqqında yazılanlara baxmayaraq, yenə də qanun pozuntularına yol verir. Vəzifəsindən şəxsi mənafeyi naminə istifadə edərək, yuxarı instansiyalar tərəfindən göstərilən etimadı heç edir.

Nəsimi RİH-nin başçısı haqqında yeni faktlar növbəti yazıda öz əksini tapacaq.
Yazılanlarla bağlı qarşı tərəfin fikrini dinləməyə hazırıq.
Bolgexeber.com