BolgeXeber.Com » İqtisadiyyat » Rusiya Bakı pomidorunu niyə qəbul etmədi - Ekspert

Rusiya Bakı pomidorunu niyə qəbul etmədi - Ekspert

28-07-2017, 10:48
Oxunub: 2 872 Rusiya Bakı pomidorunu niyə qəbul etmədi - EkspertSon zamanlar Rusiyaya ixrac olunan məhsulların geri qaytarılmasına səbəb ətraf mühitin qorunmasına dair problemlər olur

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Rusiyanın Kalininqrad vilayətində Baytarlıq və Fitosanitariyaya nəzarət üzrə Federal Xidmətin əməkdaşlarının ("Rosselxoznadzor") Azərbaycandan gətirilən 18 ton təzə pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verməməsinin səbəblərini şərh edərkən deyib.

“Fikrimcə, təzə pomidor məhsulunun ölkəyə daxil olmasına icazə verilməməsinə səbəb fitosanitar tələblərin pozulması olub. Çünki Azərbaycanda bəzi bitki xəstəlikləri var. Fitosanitar xidmətlər həmin bitki xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bu cür addım atır. Azərbaycandan ixrac olunan məhsullarda insan orqanizmi üçün zərərli maddənin olması mümkünsüzdür. Ona görə ki, ixrac olunan məhsullar ayrıca yoxlanıldıqdan sonra xaricə göndərilir”, - ekspert bildirib.