BolgeXeber.Com » Ölkə » Bazarlarda qiymət bahalaşdı – Qiymətlər - (VİDEO)

Bazarlarda qiymət bahalaşdı – Qiymətlər - (VİDEO)

28-07-2017, 11:39
Oxunub: 2 710 Bazarlarda qiymət bahalaşdı – Qiymətlər - (VİDEO)Bazarlarda bəzi meyvə və tərəvəzlərin mövsümü olsa da, qiymətləri hələdə bahadır

Satıcılar bunu bazara çıxarılan məhsulun az olması ilə izah eləyir.

Bolgexeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, mövsümü olmasına baxmayaraq ən çox bahalaşan pomidor və qarpızdır. Satıcılar yaxın günlərdə qiymətlərin düşəcəyini deyir.

Bazarlarda mövsümü məhsulların qiymətində artım var. Əvvəlki illərə nisbətən bu il bazarlara bəzi məhsulların az gətirilməsi qiymətlərdə nisbətən artıma səbəb olub.Xüsusi ilə də pomidor və qarpızın mövsümü olduğundan bu məhsullara tələbat daha çoxdu.

Alıcılar da qiymətlərin bu dövrdə yetişən məhsullarda artdığını deyirlər.

Pomidor və qarpızdan fərqli olaraq bəzi məhsulların qiymətində ucuzlaşma var. Şaftalı ilə yanaşı bu il üzüm və kartofda bolluq var. Satıcılar deyir ki, bəzi rayonlarda məhsullar tam yetişməyib .Bu səbəbdən yaxın günlərdə qarpız və pomidorun qiymətində də enmə gözlənilir.