BolgeXeber.Com » İqtisadiyyat » Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu

Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu

28-07-2017, 15:04
Oxunub: 3 118 Bill Qeyts yenidən dünyanın ən varlı adamı oldu“Forbes” onlayn-sayğacının göstəricilərinə əsasən, onun sərvəti 89,8 mlrd. dollar məbləğində dəyərləndirilir

Oxu.Az Life-a istinadən xəbər verir, “Microsoft”un qurucusu Bill Qeyts dünyanın ən varlı adamı adını özünə qaytarıb.

Belə ki, “Forbes” onlayn-sayğacının göstəricilərinə əsasən, onun sərvəti 89,8 mlrd. dollar məbləğində dəyərləndirilir.

Bir qədər əvvəl “Forbes” “Amazon” şirkətinin təsisçisi Cef Bezosun dünyanın ən zəngin adamı statusunu aldığını bildirmişdi. Lakin “Forbes”in Bakı vaxtı ilə saat 11:00-a olan göstəricilərinə əsasən, onun sərvəti 88,7 mlrd dollar təşkil edir.