BolgeXeber.Com » Dünya » Çinli qadın kredit ödəməmək üçün görkəmini dəyişib

Çinli qadın kredit ödəməmək üçün görkəmini dəyişib

29-07-2017, 18:25
Oxunub: 2 102 Çinli qadın kredit ödəməmək üçün görkəmini dəyişibÇinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə qaçıb gizlənmək istəyib

Çinin Uxan şəhərində bir qadın kredit ödəməmək üçün üzərində plastik əməliyyat apartdırıb.

Məhkəmə qərar çıxarıb ki, qadın banka 25 milyon yuan, yəni təqribən 3,7 milyon dollar ödəməlidir. Buna görə də 59 yaşlı qadın aradan çıxmaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının öz fotoşəklinə qətiyyən bənzəmədiyini və xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.