BolgeXeber.Com » Sosial » Mal-qara bazarında qiymətlər BAHALAŞDI - VİDEO

Mal-qara bazarında qiymətlər BAHALAŞDI - VİDEO

31-07-2017, 10:28
Oxunub: 5 363 Mal-qara bazarında qiymətlər BAHALAŞDI - VİDEOSon günlər mal-qaranın qiyməti artıb

Mal bazarından heyvan almaq istəyənlər ciblərinə uyğun heyvan seçməyə çalışıblar. Yemin bahalaşması və digər xərclərinin artması heyvanların qiymətinə təsir edib.
Son bir həftədə heyvanların qiymətində artım müşahidə olunur..
Mal bazarlarında bahalaşma nəzərə çarpacaq dərəcədə hiss olunur.Bu həftə Ağdaşın mal bazarında ötən həftəyə nisbətən qiymətlər 20 -30 faziə qədər bahalaşıb.Xüsusən də xıtrdabuynuzlu heyvanların alıcıları çox olsa da qiymət artımı bazara təsir göstərib.
Satıcılar da bahalaşmanı etiraf edir.Onlar bildirir ki,bir tərəfdən yem bahalaşıb ,digər tərəfdən nəqliyyat xərci artıb.
İribuynuzlu heyvan almaq istəyənlər də qiymət artımından gileylənir.
Bura isə Bərdənin mal bazarıdı.Bazarda xırdabuynuzlu heyvanların çox olması diqqət çəkir.Bazara heyvan almaga gələnlər cibinə uygun bazarlıq eləməyə çalışıb.
Satıcılar bildirir ki,hələ çox adam heyvanını bazara çıxarmır.Qiymətin bir az daha artacağını ehtimal edərək gözləyirlər.