BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək

Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək

31-07-2017, 15:05
Oxunub: 4 480 Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək"Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi "Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir"

Bolgexeber.com Vergilər Nazirliyinə istinadən xəbər verir ki, əgər "Youtube” istifadəçisi videohostinqdən gəlir əldə edirsə, vergi ödəməlidir

"Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi "Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir”, - deyə nazirlikdən bildirilib.