BolgeXeber.Com » İdman » “İdman Azərbaycan”dan 100 min avro tələb olunur

“İdman Azərbaycan”dan 100 min avro tələb olunur

1-08-2017, 11:38
Oxunub: 2 979 “İdman Azərbaycan”dan 100 min avro tələb olunurÇempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı olan “Şerif” – “Qarabağ” oyununu “İdman Azərbaycan” kanalı yayımlamaq istəsə də, moldovalılar bunun üçün telekanaldan yüksək məbləğdə ödəniş tələb ediblər

“Qafqazinfo” xəbər verir ki, Moldovada matçı canlı göstərəcək televiziya Azərbaycan tərəfindən 100 min avro tələb edib.

Məlumatı saytımıza “İdman Azərbaycan”ın xəbərlər departamentinin rəhbəri Siyavuş Əliyev də təsdiqləyib: “Hələ ki, yenilik yoxdur. İndiki halda oyunun canlı yayımlanması real görünmür. Qarşı tərəf bizdən 100 min avro tələb edir”.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu bu gün Bakı vaxtilə saat 21:00-da başlayacaq.