Bu gün Milli Məclisin yaz sessiyası başlayır
1-02-2011, 03:20
Oxunub: 6 451
Parlament Seçki Məcəlləsinə əlavə dəyişiklikləri müzakirə edəcək
Bu gün dördüncü çağırış Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. İclasda Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaları yenidən təşkil ediləcək.
Bununla yanaşı, “Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin birgə Bəyanatının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” qanunlara baxılacaq, Azərbaycan Respublikası Hökuməti ilə İtaliya, Monteneqro və Portuqaliya hökumətləri arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğvi müzakirə olunacaq.
Sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklərin və əlavələrin edilməsi barədə və “İcbari sığortalar haqqında” qanun layihələri də daxildir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə