BolgeXeber.Com » İdman » Pley-offda “Qarabağ”ın rəqibi kim olacaq?

Pley-offda “Qarabağ”ın rəqibi kim olacaq?

2-08-2017, 15:19
Oxunub: 4 610 Pley-offda “Qarabağ”ın rəqibi kim olacaq?Dünən Tiraspolda qazanılmış qələbədən (2:1) sonra Azərbaycan azarkeşləri səbirsizliklə cümə gününü gözləyirlər

Avqustun 4-də Bakı vaxtı ilə saat 15:00-da “Qarabağ”ın və ümumiyyətlə, Azərbaycan klublarının ilk dəfə çıxış edəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Missiya.Az xəbər verir ki, Ağdam komandası “Çempionlar yolu” üzrə turnirə davam etdiyi üçün qrup mərhələsinə düşmək üçün son addımda onun rəqibi adları bu gün müəyyənləşəcək 9 klubdan biri olacaq.

Həmin 9 cütlüyü və ilk oyunların nəticələrini diqqətinizə çatdırırıq:

“Slaviya” (Çexiya) – BATE (Belarus) 1:0

“Astana” (Qazaxıstan) – “LEGİYA” (Polşa) 3:1

“MARİBOR” (Sloveniya) – “Hafnarfyordur” (İslandiya) 1:0

“Vardar” (Makedoniya) – “KOPENHAGEN” (Danimarka) 1:0

“SELTİK” (Şotlandiya) – “Rusenborq” (Norveç) 0:0

“Hapoel” (İsrail) – “LUDOQORETS” (Bolqarıstan) 2:0

“Vitorul” (Rumıniya) – APOEL (Kipr) 1:0

“ZALSBURQ” (Avstriya) – “Riyeka” (Xorvatiya) 1:1

“Partizan” (Serbiya) – “OLİMPİAKOS” (Yunanıstan) 1:3.

Qeyd edək ki, adları iri şriftlərlə verilmiş komandaların klub reytinqi “Qarabağ”dan yüksəkdir. Komandamızın püşkatmaya “səpələnmiş” daxil olması üçün qeyd olunan komandalardan ən azı 5-i bu gün məğlub olmalıdır.