Bu malları alarkən diqqətli olun - Xəbərdarlıq
2-08-2017, 18:16
Oxunub: 3 127
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir
Qurumdan daxil olan açıqlamada bildirilir ki, istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparıtının çeki və malın zəmanət talonunu tələb etməlidir. Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir.
Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparıtının çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim edildikdə baxılır.
İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda “195-2” Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər