BolgeXeber.Com » Sosial » Professor: "İsti havada birdən-birə soyuq otağa daxil olmaq infarkt riski yaradır"

Professor: "İsti havada birdən-birə soyuq otağa daxil olmaq infarkt riski yaradır"

2-08-2017, 18:21
Oxunub: 2 893 Professor: "İsti havada birdən-birə soyuq otağa daxil olmaq infarkt riski yaradır""İsti havalarda kondisioner istifadəsində yol verilən yanlışlıqlar və maye itirilməsi ürək infarktına yol aça bilər"

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyəli professor Asuman Kaftan açıqlayıb.
O, çox isti və soyuq havada beyində olan istilk mərkəzində balansın pozulduğunu, bütün orqanların iş yükünün artdığını, orqanların funksiyalarında dəyişikliyin baş verdiyini deyib.
Professor bu təsirlərə qarşı yaşlıların daha diqqətli olmasının vacibliyini vurğulayıb. O, ürək-damar sistemində narahatlıq olan şəxslərin maye itkisinə qarşı diqqətli olmalarının vacibliyini bildirib: "İtirilən maye əvəzlənmədiyi halda orqanizmdə balans pozulacaq və o siqnal verməyə başlayacaq. Maye itkisi damar yatağının içərisində qanın axmasına təsir edərək ürək infarktına yol açır. Buna görə bol maye qəbul etmək lazımdır. Gün ərzində iki butulkanı keçməmək şərtilə mineral su istifadə olunmalıdır. Təzyiqi, ciddi ürək çatışmazlığı olanlar su içməklə itirilən mayenin yerini doldura bilərlər".
Professor bildirib ki, həddən artıq isti havadan birdən-birə kondisioner işləyən otağa daxil olmaq da infarkt riskini artırır. Onun sözlərinə görə, ürək xəstələri kondisioner olan otaqlarda havanın temperaturunu otaq temperaturundan aşağı etməməlidirlər: "İsti havada orqanizmdə olan termostat sistemi vücud istiliyini balansda saxlamaq üçün damarları genişləndirir. Birdən-birə soyuq yerə daxil olduqda isə tam əksinə bir mexanizm dövriyyəyə daxil olaraq damarlarda yığılmaya səbəb olur".
Hərarəti düşürdüyü üçün çay içilməsinə qarşı olmayan həkim, sidikqovucu olması səbəbindən bu içkini içənlərə daha çox maye qəbul etməyi tövsiyə edib.