BolgeXeber.Com » Analitika » Əsgərlərimiz niyə ölür?

Əsgərlərimiz niyə ölür?

27-11-2012, 13:40
Oxunub: 5 673 Hərbi ekspert: “Orduya yararlı hesab edilmiş yeni əsgər niyə qısa müddətdə ölməlidir?”

“Hərbi komissarlıqların yerinə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə çağırış xidməti öz işinin öhdəsindən gəlmir”. Bunu Modern.az-a hərbi ekspert Üzeyir Cəfərov xəstəlikdən ölən əsgərlərlə bağlı məsələyə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, adıçəkilən komissiya nöqsanları araşdırıb qaydaya salmır.

“Onlar bu sahədə olan çatışmazlıqları araşdırıb qaydaya salmaq əvəzinə, tamam başqa işlərlə məşğuldurlar. O işlərin nədən ibarət olmasını isə biz dəfələrlə mətbuatdan eşitmişik. Buna görə də prokurorluq tərəfindən bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb edib”.

Həkim komissiyasını tənqid edən ekspert qeyd edib ki, bu sahədə ciddi problemlər mövcuddur.

“Artıq neçənci dəfədir ki, həkim komissiyası tərəfindən sağlam, hərbi xidmətə yararlı hesab edilənlər çox qısa müddətə dünyasını dəyişirlər”. Eyni zamanda Üzeyir Cəfərov gərəkli addımların atılmasının sürətləndirilməsini vurğulayıb.

“Bu sahədə ciddi qayda-qanun yaradılmazsa, ordu ilə bağlı xoşagəlməyən halların sayı artacaq. Müharibə vəziyyətində olan dövlət üçün belə halların olması yolverilməzdir”.