BolgeXeber.Com » Dünya » Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb

Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıb

4-08-2017, 13:40
Oxunub: 4 153 Ermənistan ordusunda yoluxucu xəstəliklər yayılıbErmənistan ordusunun Madagizdə yerləşən hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrində içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb

APA-nın məlumatına görə, Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arakelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də, “DQR” “kənd təsərrüfatı naziri” Aram Mxoyan, “ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli “hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib.