BolgeXeber.Com » Ölkə » Nazirlik reyd keçirdi - ətraf mühiti çirkləndirənlər cərimə edildi
Nazirlik reyd keçirdi - ətraf mühiti çirkləndirənlər cərimə edildi
4-08-2017, 15:14
Oxunub: 3 590
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirilib
Nazirlikdən verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub.
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib.
İnzibati xəta törətdiklərinə görə obyekt sahibləri ümumilikdə 3800 manat məbləğində cərimə olunub və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
“Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının atılmasında və qalaqlanmasında təqsirkar olan şəxslərin müəyyənləşdirilməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə