BolgeXeber.Com » Dünya » İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

İspaniyada 10 il işə getməyən məmur işdən azad edilib

4-08-2017, 17:25
Oxunub: 2 068 İspaniyada 10 il işə getməyən məmur işdən azad edilibİspaniyada Valensiya şəhərinin rəhbərliyi 10 il ərzində işə getməyən, amma əmək haqqı alan arxiv əməkdaşını işdən azad edib

Trend-in məlumatına görə, Karles Resio 2006-cı ildən başlayaraq hər gün səhər 07:00-da işdə qeydiyyatdan keçib evə gedirmiş, saat 16:00-da isə iş vaxtının bitdiyini bildirən imzanı atmaq üçün işə qayıdırmış.

Asudə vaxtlarında K.Resio komikslər çəkməklə məşğul olduğunu bildirib.

Qeyd olunur ki, onun illik əmək haqqı 50 min avro həcmində olub.