BolgeXeber.Com » Gündəm » Fəhləyə 1.50 manat əmək haqqı verən yük taksisi xidməti... - “188” qanunu pozur?

Fəhləyə 1.50 manat əmək haqqı verən yük taksisi xidməti... - “188” qanunu pozur?

5-08-2017, 10:41
Oxunub: 4 338 Fəhləyə 1.50 manat əmək haqqı verən yük taksisi xidməti... - “188” qanunu pozur?Fəhlə deyir gündə 7-8 dənə ev daşıyırıq ki, ayın sonunda 300 AZN maaş ala bilək

“188.az yük-taksi xidməti var. Bu şirkətə zəng edib sifariş verəndə, məsələn 1 fəhlə əlavə istədiyin zaman 10 AZN qiymətin üzərinə gəlir. Yəni fəhlə puludur. Əladır, bu öz yerində. 10 AZN 1 fəhlə üçün normal qiymətdir. Amma… Ammasını dünən bilmişəm. Sən demə, bu şirkət 1 ev daşımaya görə 1 fəhləyə 1.5 AZN pul verir. Müştəridən fəhlə pulu olaraq 10 AZN alınır, 1.5 AZN-i verilir fəhləyə... Fəhlə deyir gündə 7-8 dənə ev daşıyırıq ki, ayın sonunda 300 AZN maaş ala bilək”.

Bu sözləri sosial şəbəkə istifadəçisi Pərviz Əzimov öz şəxsi hesabında yazıb. O, qarşılaşdığı hadisədən çox məyus olduğunu və fəhlənini istismar olunduğunu düşündüyünü qeyd edib: “1.5 AZN, a kişi, 1.5 AZN. Bu qədər ağır yük daşıyırlar yazıqlar və sonda 1.5 AZN alırlar. Hər evi daşıyanda yorulub 1 dənə yarım litr su alsa, 50 qəpiyi ona gedir elə.
Təsəvvür edin, sadə bir daşınmaya görə 80 AZN dünən məndən pul aldılar. Mebel filansız, əşya daşıması idi. 2 fəhlə gəlmişdi və sən demə o 80 AZN-in cəmi 3 manatı fəhlələrə verilir”.

Sosial şəbəkədə geniş müzakirə və tənqid olunana məsələ ilə bağlı musavat.com 188.az yükdaşıma şirkəti ilə əlaqə saxlayıb. Telefona cavab verən Günay ı əməkdaş şirkətdə məsələ barədə danışa biləcək şəxs olmadığını bildirib.

Hüquqşünas Ruslan Əhmədoğlu saytımıza açıqlamasında məsələnini hüquqi tərəfini belə izah etdi: “Bu məsələlər əmək məcəlləsi ilə tənzimlənir. Ümumiyyətlə, işəgötürən və işəgötürülən şəxs arasında müqavilə bağlanmalıdır. Müqavilədə isə işəgötürülən şəxsin aylıq, gündəlik məvacibi də qeyd olunur. Orada eyni zamanda hər iki tərəfin borcları və vəzifələri də yazılır. Bütün bunlara işəgötürülən razıdırsa, imza atır. Bundan sonra işəgötürən heç bir məsuliyyət daşımır. Sadəcə müqavilənin pridmeti nədirsə, nə qeyd olunubsa, ona əməl edir. Əgər müqavilədən kənar işlər görülürsə, amma müqavilədə əlavə vəsait ödənişi ilə göstərilibsə, burada da hüquq pozuntusu yoxdur. Hər şey işə götürənlə, işə götürülən arasında yaşanan duruma bağlıdır. Biz şirkətə deyə bilmərik ki, niyə fəhləyə 1 manat verirsiniz? Çünki onlar arasında bağlanan müqavilədən xəbərsizik.
Amma şirkət işçi ilə müqavilə bağlamayıbsa, maaşı özü müəyyənləşdirirsə, işə götürülənlər əmək müfəttişliyinə şikayət edə bilər. O zaman xidməti yoxlama aparılır və hüquq pozuntusu olub-olmaması bəlli olur. Hər şey tərəflər arasında yaşanana razılaşmadan asılıdır”.
Musavat.com