BolgeXeber.Com » Siyasət » Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaq

Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaq

5-08-2017, 11:44
Oxunub: 3 443 Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaqHindistan parlamenti bu gün ölkənin yeni vitse-prezidentini seçəcək

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bu posta namizəd olan iki şəxs arasında ölkənin azadlığı uğrunda mübarizə aparmış Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi də var.

Ölkənin hazırkı vitse-prezidenti Məhəmməd Həmid Ənsarinin vəzifəsinin səlahiyyət müddəti avqustun 10-da başa çatacaq. Bu, Ənsarinin həmin vəzifədə ikinci səlahiyyət müddətidir. O, bu vəzifəni birinci dəfə 2007-ci ildə tutub və namizədliyi Hindistan Milli Konqresi tərəfindən irəli sürülüb.

Hindistanın konstitusiyasına əsasən, vitse-prezident vəzifəcə ölkə parlamentinin yuxarı palatasının sədri postunu tutur. Eyni zamanda vitse-prezident ölkənin ikinci şəxsidir və prezidentin ölümü, xəstəliyi zamanı vitse-prezident onun səlahiyyətlərini icra edir.

Ölkə qanunvericiliyinə görə, yaşı 35-dən çox olan və ödənişli mərkəzi və regional hökumət orqanlarında çalışmayan (prezident, vitse-prezident, ştat qubernatoru və nazir vəzifələri istisna olmaqla) hər bir vətəndaş vitse-prezident vəzifəsinə namizədliyini irəli sürə bilər.