BolgeXeber.Com » Ölkə » Azərbaycanda yonca əkənlərə pul veriləcək - Məbləğ AÇIQLANDI

Azərbaycanda yonca əkənlərə pul veriləcək - Məbləğ AÇIQLANDI

5-08-2017, 12:48
Oxunub: 3 297 Azərbaycanda yonca əkənlərə pul veriləcək - Məbləğ AÇIQLANDIAzərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yonca əkini ilə əlaqədar yardım veriləcək

Bolgexeber.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nda müvafiq dəyişiklik edib.
Qaydaya əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan nın dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara genetik modifikasiya olunmamış bitkilərin (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 50 manat məbləğində yardım verilməsi müəyyən edilib. Dəyişikliyə əsasən bundan sonra yonca becərən şəxslərə də yanacaq və motor yağları ilə əlaqədar hər hektar üçün 50 manat yardım veriləcək.