Nadir Qafarzadə sovet vaxtı toylardan nə qədər qazandığını açıqladı
7-08-2017, 10:55
Oxunub: 3 722
Müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib
Bolgexeber.com-un Axşam.az-a istinadən məlumatına görə, ifaçı “Xəzər Maqazin”ə açıqlamasında hərbi xidmətdə olarkən 3 ay valideynlərindən xəbərsiz qaldığını deyib: “İlk məktubumu çox gec aldım. Fikirləşdim ki, məni evdə artıq unudublar. 3 ay məktub almadım. Komandirimə dedim, ola bilsin burda qaldım, məni evdə unudublar. 3 ay sonra ilk məktubu aldım, onu təsəvvür etmək mümkün deyil. Kağızı qoxuladım, mənə bir söz desələr partlayacaqdım. Əllərim əsə-əsə məktubu açdım, hər sətri oxuyanda dişimlə qopardıb yeyirdim. Bu həsrət idi - ana həsrəti, bacı həsrəti, doğmalarımın həsrəti”.
Nadir ona borclu olan dostlarının bostanına da daş atıb: “9 yaşımdan mahnılar oxuyurdum. Sovet dövründə hər kişinin qazanmadığı pulu gətirirdim evə - 120 rubl. Mən pulu o dərəcədə xərcləmirəm ki, sonra gedib kimdənsə borc alım. Nə borc almağı, nə də borc vevməyi sevirəm. Əziyyətlə qazandığım pulu sizə verdim ki, qaytarmayasanız? Mən o pulu halallıqla qazanmışam. Elə edin ki, onun halallığını sizə verim. Özü də çoxları dostlarımdır, qoy eşitsinlər”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər