"Baku Stell Company"nin qoçuları qadın sahibkara zor tətbiq edib
28-11-2012, 12:35
Oxunub: 5 893
Zavodun sahibəsi Dilbər Rzayevaya zor tətbiq olunub; zavodun metal ehtiyatları talanıb
Noyabrın 27-dən 28-nə keçən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Okeanius” MMC-nin metalyayma zavoduna basqın olub. “Baku Stell Compani” mühafizə dəstəsi Fariz Ramizlinin rəhbərliyi ilə zavoda basqın edib metal ehtiyatlarını aparmaq istəyərkən müəssisənin sahibəsi Dilbər Rzayeva onlara mane olmaq istəyib. Həmin vaxt qadına zor tətbiq olunub.
Aldığımız məlumatı dəqiqləşdirmək üçün D.Rzayevanın vəkili Aslan İsmayılovla əlaqə saxladıq. Vəkil məlumatı təsdiq edərək baş verən basqınla bağlı mətbuat konfransı keçirəcəyini bildirdi: “Saat 15:00-da ofisimdə (A.İsmayılovun rəhbərlik etdiyi “Viza” hüquq firması Nizami küçəsi 58, mənzil 1-də yerləşir)olayla bağlı mətbuat konfransı keçirəcəyik. Tədbirə bütün mətbuat nümayəndələrini dəvət edirəm”.
Qeyd edək ki, F.Ramizlinin dəstəsi bu il avqustun 15-dən 19-na kimi Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC-nin metaləritmə müəssisəsinə basqın etməyə cəhd göstərib. Basqınçıların məqsədi Zülfüqarlıların müəssisəsini ələ keçirib özlərinin zavoduna tabe etdirməklə bu sahəni inhisara almaq olub. Buna kimi F.Ramizlinin başçılıq etdiyi qoçu dəstəsi D.Rzayevanın da rəhbərlik etdiyi müəssisə daxil olmaqla 20-dək metaləritmə müəssisəsini ələ keçirib. Hüquq mühafizə orqanlarına şikayətlər isə nəticəsiz olub. (musavat.com)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə