BolgeXeber.Com » Ölkə » Nazirlik: İsti hava şəraiti ayın 10-dək davam edəcək

Nazirlik: İsti hava şəraiti ayın 10-dək davam edəcək

8-08-2017, 13:51
Oxunub: 4 545 Nazirlik: İsti hava şəraiti ayın 10-dək davam edəcəkÖlkə ərazisində müşahidə edilən isti hava şəraiti avqust ayının 10-dək davam edəcək

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova deyib.
O bildirib ki, paytaxtda cənub-şərq küləyinin üstünlüyü müşahidə ediləcək.

"Sabah Bakıda havanın temperaturu 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq ərazilərdə isə 29-34 dərəcə isti gözlənilir"-nazirlik rəsmisi deyib.