BolgeXeber.Com » Bölgə » Hacıqabulda sosial-iqtisadi və təhsil sahəsində yeni nailiyyətlər əldə edilir-VIDEO

Hacıqabulda sosial-iqtisadi və təhsil sahəsində yeni nailiyyətlər əldə edilir-VIDEO

8-08-2017, 20:53
Oxunub: 3 857 Hacıqabulda sosial-iqtisadi və təhsil sahəsində yeni nailiyyətlər əldə edilir-VIDEOHacıqabul rayonunda yaşayış səviyyəsinin yüksəldilməsi naminə İcra Hakimiyyəti tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir

Həmin islahatlara misal olaraq, rayonun daxili yollarına yeni asfalt örtüklərinin çəkilməsini, imtiyazlı ailələrə göstərilən diqqət və qayğını, təhsil proqramının icrasını göstərmək olar.
Hacıqabul rayon Rəncbər kənd icra nümayəndəsinin müavini İsgəndər Hüseynov qeyd edib ki, prezident İlham Əliyevin sərəncamlarına uyğun görülən bu işlər gələcəkdə daha yüksək səviyyədə görüləcək.

Hacıqabul rayonunda yüksək səviyyəli texniki təchizatla təmin olunmuş orta məktəblərdə gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verilir.

Kənd sakinləri rayonun inkişafı istiqamətində atılan addımları təqdirəlayiq hesab edirlər.İnanırıq ki, Hacıqabul rayonunda aparılan bu islahatlar hət ötən gün öz töhfəsini verəcək.

Bolgexeber.com