BolgeXeber.Com » Xəbərlər » İsti havada işləməyə məcbur edilənlər, 142-yə zəng edin – YENİLƏNİB + VİDEO

İsti havada işləməyə məcbur edilənlər, 142-yə zəng edin – YENİLƏNİB + VİDEO

9-08-2017, 15:55
Oxunub: 2 098 İsti havada işləməyə məcbur edilənlər, 142-yə zəng edin – YENİLƏNİB + VİDEOSon bir neçə gündür ölkə ərazisində anomal istilər hökm sürür. Xüsusi ilə də dünən və bü gün Bakıda havanın temperaturu bəzi yerlərdə 43 dərəcəyə qədər artıb

Bolgexeber.com-un Xəzər TV-yə istinadən məlumatına görə, havanın temperaturunun yüksək olduğu bu günlərdə ən çox günvurma hadisələri də elə açıq havada iş zamanı qeydə alınır. Bununla bağlı əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.

Havanın temperaturunun +41°C-dən çox olduğu hallarda, açıq havada işləyən vətəndaşların həyat və sağlamlığının qorunması əsas şərtdir. Bu qaydalara əməl etməyən işə götürülənlər isə inzibati məsuliyyətə cəlb olunaraq cərimələncəklər.

Lakin xəbərdarlıqlara baxmayaraq, paytaxtın bəzi yerlərində ən ağır işlər belə isti havada dayandırılmır. Ən ağır iş sayılan tikinti sektorunda işə götürənlər fasilə nədir bilmirlər.

Qeyd olunan hava şəraiti müşahidə olunan günlərdə, açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə öz şikayətini deyə bilər.


11:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.

Bu barədə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41°C-dən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləmək üçün imkan yaradılmaqla, fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

E.Babayev qeyd edib ki, havanın temperaturunun +41°C-dən çox olduğu hallarda, açıq havada işləyən vətəndaşların həyat və sağlamlığının qorunması əsas şərtdir: “Qeyd olunan hava şəraiti müşahidə olunan günlərdə, açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Hər bir vətəndaş nazirliyin 142 – “Çağrı mərkəzi”nə şikayətini deyə bilər. “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri, saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir”.