BolgeXeber.Com » Xəbərlər » Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub

Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunub

9-08-2017, 17:03
Oxunub: 2 048 Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olunubBakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.