“Bizimsüd” və “İvanovka” saxta çıxdı
9-08-2017, 17:29
Oxunub: 1 819
Fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci kilometr ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan “Bizimsüd” adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan “İvanovka” adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyini aşkarlayıb.
Bolgexeber.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən əmtəə nişanlı məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş vaxtdan artıq göstərilməsi aşkarlanıb. Bəlli olub ki, bu məhsulların saxlama müddəti ötüb və beləliklə də, insanların həyat və sağlamlığı üçün təhlükəli mallar istifadəyə yararlı məhsul kimi bazara çıxarılıb.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər