BolgeXeber.Com » Xəbərlər » DİN quyuya atılan körpə ilə bağlı məlumat yaydı-VIDEO

DİN quyuya atılan körpə ilə bağlı məlumat yaydı-VIDEO

9-08-2017, 23:41
Oxunub: 1 841 DİN quyuya atılan körpə ilə bağlı məlumat yaydı-VIDEODaxili İşlər Nazirliyi 5 günlük körpənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan 5 günlük qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.

Hadisə yerinə gələn Lənkəran RPŞ-nin əməkdaşları tərəfindən uşağn meyiti su quyusundan çıxarılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Lənkəran RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Xatırladaq ki, hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub. Anasının yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradırdı.

Qeyd edək ki, bu körpə ailədə dörd ildən sonra dünyaya gələn ikinci qız uşağı olub.
Bolgexeber.com