BolgeXeber.Com » Şou-Biznes » Tanınmış türk bəstəçi üçün özəl gün

Tanınmış türk bəstəçi üçün özəl gün

10-08-2017, 10:16
Oxunub: 3 199 Tanınmış türk bəstəçi üçün özəl gün     Bu gün tanınmış türk bəstəçi - aranjimançı, dilimizdə əzbər olan bir çox mahnıların musiqi müəllifi Hakan Erolun doğum günüdür

Bolgexeber.com xəbər verir ki, Hakan illərdir məşhur müğənnilərə bəstələdiyi mahnılari ilə tanınıb. Musiqilərində insanların hislərini düzgün və gözəl ifadə edən bəstəkar, xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Günay İbrahimli, Ceyla, Səidə Sultan kimi sənətçilərə verdiyi mahnılarla yetərincə səs gətirməyi bacarıb.
Tanınmış bəstəçi "Təsadüf", "Ağlım başıma gəldi", "O zaman", "Doldur ürəyimi", "At gəl", "Səni belə sevmədilər", "Çarəsiz xəstəlik", "Sil getsin" və başqa hitlərin müəllifidir.

Qeyd edək ki, bəstəçi 2014-cü ildə azərbaycanlı şairə Leyli Erolla ailə həyatı qurub.