BolgeXeber.Com » Xəbərlər » Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilmişdir

Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilmişdir

10-08-2017, 10:25
Oxunub: 2 318 Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda keçirilmişdir“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 09 avqust 2017-ci il tarixdə cəbhə bölgəsi olan Tərtər rayonunda keçirilmişdir

Bolgexeber.com xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Millət vəkili, AFFA-nın Birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, Millət vəkili İlham Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, layihənin kordinatoru Kərim Ağayev, Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, rayon Uşaq-Gənclər və İdman məktəbinin direktoru Emin Quliyev iştirak etdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, Tərtər şəhərində çoxmənzilli yaşayış binalarında yaşayan yeniyetmələrin və gənclərin asudə vaxtlarının təşkili üçün rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir neçə ərazidə, o cümlədən Nizami küçəsində salınmış “Nümunəvi məhəllə”də mini futbol meydançaları quraşdırılmışdır. Bu gün Sizinlə birlikdə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbirə toplaşdığımız mini futbol meydançası da onlardan biridir. Rayon rəhbəri tədbirdə iştirak edən yeniyetmə və gənclərə uğurlar dilədi, öz xoş arzularını bildirdi.

Tədbirdə Millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev və millət vəkili İlham Məmmədov da çıxış etdilər. Onlar bildirdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olundu ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Birinci Avropa Oyunlarında, RİO-2016 da və Bakıda keçirilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylandı, uşaqlar əyləncəvi futbol nümayiş etdirdi.