BolgeXeber.Com » Xəbərlər » "Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏT

"Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏT

10-08-2017, 15:19
Oxunub: 2 006 "Azəriqaz" işçilərinin maaşlarını vermir - ŞİKAYƏTÖtən gün “Azəriqaz” İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin işçilərinin əmək haqlarını almaması haqda məlumat yayılıb

Məsələyə aydınlıq gətirmək üçün qurumun mətbuat katibi ilə əlaqə saxladıq.DİA.AZ xəbər verir ki, “Azəriqaz”İstehsalat Birliyi Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bu informasiyanın yanlış olduğunu bildirib.

Qeyd edib ki, həmişəki kimi öncəki ayın əmək haqqı mərhələli şəkildə, növbəti ayın sonunadək ödənilir: “Bu proses həmişə belə olub. Artıq işçilərin bir qismi əmək haqqını alıb. Bu proses ayın sonunadək mərhələli şəkildə davam edəcək”.