BolgeXeber.Com » İqtisadiyyat » “Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

10-08-2017, 17:01
Oxunub: 4 587 “Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilibAçılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxın

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.Bu barədə Bolgexeber.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib.

Xidmətdən necə istifadə etmək olar?

Portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçin. Daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən “Elektron müraciət” adlı xidməti seçin.

Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxın.

Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanınızı qeyd edib, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçin. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə “Fayl əlavə edin” bölməsindən sənədləri sistemə yükləyin. Bundan sonra “Müraciət et” düyməsini aktivləşdirməklə müraciətinizi göndərmiş olacaqsınız.