BolgeXeber.Com » Xəbərlər » Bu şəxslər qəbul imtahanı vermədən universitetə daxil olacaqlar

Bu şəxslər qəbul imtahanı vermədən universitetə daxil olacaqlar

10-08-2017, 18:19
Oxunub: 2 141 Bu şəxslər qəbul imtahanı vermədən universitetə daxil olacaqlarHazırda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin təşkililə bağlı normativ sənədlər təsdiq üçün hazırlanıb

Sənədlər təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. Bu barədə Publika.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən hazırlıq qruplarının dinləyicilərinin seçimi məsələsinə aydınlıq gətirilib: "Hazırlıq qruplarına dinləyicilər, cari ildə tələbə qəbulu imtahanlarında iştirak edib, ali təhsil müəssisələrinə daxil olmayan abituriyentlər sırasından, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsabiqə yolu ilə qəbul olunacaq”.
Qeyd edək ki, "Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq kursları yaradılacaq. Ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində bu ödənişli hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar.