BolgeXeber.Com » Xəbərlər » Bank sektorumuz təhlükə ilə üz-üzə - Banklarımız bir ayda 80 min müştəri itirib

Bank sektorumuz təhlükə ilə üz-üzə - Banklarımız bir ayda 80 min müştəri itirib

10-08-2017, 18:21
Oxunub: 1 734 Bank sektorumuz təhlükə ilə üz-üzə - Banklarımız bir ayda 80 min müştəri itiribAzərbaycanda bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4% azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib

Bolgexeber.com bildirir ki, “Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Bank müştərilərinin 1,4%-ni və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6%-ni fiziki şəxslər təşkil edib. Bank müştərilərinin 210 533 nəfər və ya 3,8%-i sahibkarlardır.
İyun ayı ərzində hüquqi şəxs olan bank müştərilərinin sayında 0,4% artım, fiziki şəxslərin sayında 1,4% azalma qeydə alınıb. Eyni zamanda sahibkarların sayında 2,4% artım müşahidə olunub.