BolgeXeber.Com » Xəbərlər » Eldar Sultanovun bacısı oğlu Ramil Əliyev Abşeronda baş vermiş qəza nəticəsində dünyasını dəyişib

Eldar Sultanovun bacısı oğlu Ramil Əliyev Abşeronda baş vermiş qəza nəticəsində dünyasını dəyişib

11-08-2017, 20:53
Oxunub: 4 470 Eldar Sultanovun bacısı oğlu Ramil Əliyev Abşeronda baş vermiş qəza nəticəsində dünyasını dəyişibBaş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova ağır itki üz verib

Eldar Sultanovun bacısı oğlu Ramil Əliyev Abşeronda baş vermiş qəza nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Biz də kollektivimiz adından Eldar Sultanova Allahdan səbr, bacısı oğlu Raminə isə rəhmət diləyirik.
Məkanı cənnət olsun.

İbrahim
Bolgexeber.com