BolgeXeber.Com » Xəbərlər » Ali məktəblərin nəzdində hazırlıq qrupları təşkil ediləcək-VİDEO

Ali məktəblərin nəzdində hazırlıq qrupları təşkil ediləcək-VİDEO

11-08-2017, 21:27
Oxunub: 3 538 Ali məktəblərin nəzdində hazırlıq qrupları təşkil ediləcək-VİDEOYeni tədris ilindən etibarən bəzi ali təhsil ocaqlarının nəzdində yaradılmış hazırlıq qrupları fəaliyyətə başlayacaq

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.Prezident İlham Əliyevin təhsil haqqında qanuna etdiyi dəyişikliyə əsasən, qəbul planına görə ali məktəbdə təhsil ala bilməyən abituriyentlər 1 il ərzində bəzi universitetlerin nəzdində yaradılmış hazırlıq qruplarında təhsil alacaqlar.
Daha sonra keçiriləcək imtahanda iştirak edən abituriyentlər topladıqları bala əsasən ali məktəblərdə bakalavr təhsili alma şansını əldə edəcəklər.
Hazırlıq qruplarında təhsil ödənişli əsaslarla həyata keçiriləcək və ödənişlər hər bir universitetin özü tərəfindən müəyyənləşdiriləcək.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, hazırlıq qrupları təhsil üçün xaricə tutan abituriyentlər üçün də əlverişli olacaq və həmçinin ölkə milyonlarla maddi vəsaitin itirilməsindən xilas olacaq.
Qeyd edək ki, ali təhsil müəssilərində sosial kateqoriyaya aid abituriyentlərə edilən güzəştlər hazırlıq qruplarına şamil olunmur.
Bolgexeber.com