Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi
12-08-2017, 15:13
Oxunub: 2 223
"Ayıq olun, alverçini yaxınınıza buraxmayın! Onlar 5-10 manatdan ötrü hər şey etməyə qadirdilər..."
Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, jurnalist Elgün Mənsimov avtomobil alverçilərinin maşın alıb-satarkən etdikləri fırıldaqlarından birinin üstünü açıb. Onun sözlərinə görə, bu halla öz avtomobilini satarkən rastlaşıb:
"Srağagün maşını internetdə satdığa qoydum. Üzərindən 15 dəqiqə keçməmiş 20-yə yaxın zəng gəldi. Vədələşdik, gəlib maşına baxdılar. Gələnlərin 99 faizi alverçilər idi. Baxmayaraq ki, yalandan "alverçi deyiləm" deyə israr edirdilər. Bu günədək maşının nə kondisionerində, nə də "ponorama lyuku"nda heç bir problem olmayıb. Nə isə.. Alverçilərdən biri (iki nəfər idi) maşına oturub nə edib-etmədi, düşəndə dedi ki, kondisionerlə, lyuk işləmir. Dedim ola bilməz. Yoxladım, ha gözləyirəm kondisioner soyutmur. Lyuku açdım, açılmadı, ilişib qaldı. Məəttəl qalmışdım. Nə isə...
Bunlar gedəndən sonra oturub bir daha yoxladım. Məlum oldu ki, kondisionerin hava çıxan klapanlarını aşağı fırladıb bağlayıbmış, lyukun arasına isə balaca şurup atıbmış. Zəng edib nəsil-nəcabətinə qədər "düzdüm asfalta". Nakişi olduğunu dəfələrlə "kantofka"sına yapışdırdım. İndi də telefonuna zəng çatmır ki, görüşüb hirsimi daha da soyudum. Adam nə qədər alçaq, şərəfsiz olar ki, bunları etsin..."
Sonda avtomobilini istədiyindən də yaxşı qiymətə, halal bir adama satdığını deyən jurnalist maşın satarkən alverçilərdən uzaq durmağı tövsiyə edib: "Ayıq olun, alverçini yaxınınıza buraxmayın! Onlar 5-10 manatdan ötrü hər şey etməyə qadirdilər..."
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər