BolgeXeber.Com » Şou-Biznes » Aşıq Namiq ona avtomobil hədiyyə etdi - VİDEO

Aşıq Namiq ona avtomobil hədiyyə etdi - VİDEO

12-08-2017, 15:59
Oxunub: 8 040 Aşıq Namiq ona avtomobil hədiyyə etdi - VİDEOTanınmış aşıq Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu layihə yekunlaşıb

Aşıq Namiq Fərhadoğlunun “Köklə sazı 6” verilişinin final buraxılışı baş tutub. Aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi verilişdə qalib iştirakçının adı açıqlanıb. Final günü beş iştirakçı mübarizə aparıb.

N.Fərhadoğlu yarışma ilə bağlı fikirlərini bölüşüb:

“Aşıq sənətinə etdiyim xidmət göz qabağındadır. Başqalarının bütün yaradıcılığına xərclədiyi pulu mən bir verilişə verirəm. Atamın el şənliklərindən qazandığı çörəklə böyümüşəm. Ona görə də sazı heç vaxt atmaram”.
Aşıq Namiq ona avtomobil hədiyyə etdi - VİDEO

Namiq sentyabrdan “Köklə sazı 7″nin başlayacağını deyib:

“Artıq həmin yarışdakı on iştirakçı bəllidir. Onlar arasında 40 yaşı olanlar da var. Hər şeyi sponsorun köməyi olmadan edirəm”.

Müsabiqədə birinci yeri Rahil Şamaxılı qazanıb. Sonda qalibə bahalı avtomobil hədiyyə olunub. Digər iştirakçılara isə diplomlar təqdim edilib.

Qeyd edək ki, “Köklə sazı 6” həftənin çərşənbə günü saat 22:00-da “Lider” telekanalında yayımlanırdı.Yarışmanın qalibi Rahid Şamaxılı olub, ona aşıq Namiq bahalı avtomobil hədiyyə edib.

"Köklə sazı-6" layihəsi teleməkanda ən baxımlı aşıq verilişidir.

Yarışmanın final buraxılışını təqdim edirik: