BolgeXeber.Com » Ölkə » ƏMDK-nin 18 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir?-VİDEO

ƏMDK-nin 18 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir?-VİDEO

15-08-2017, 18:33
Oxunub: 4 855 ƏMDK-nin 18 saylı ərazi idarəsi vətəndaşlara necə xidmət göstərir?-VİDEODaşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi mərkəzi Zaqatala rayonu daxil olmaqla, həmçinin Balakən rayonunun sakinlərinə yüksək səviyyədə xidmət göstərir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi, habelə daşınmaz əmlakın qiymətləndirilməsi istiqamətində proseslər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Müraciət edən vətəndaşlara idarə əməkdaşları tərəfindən köməklik göstərilir.
Mütəmadi olaraq aparılan maarifləndirici tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsi haqqında vətəndaşların daha geniş təsəvvür sahibi olmalarına xidmət edir.
18 saylı ərazi idarəsinə müraciət edən sakinlər bildirirlər ki, artıq uzun sırqalarda gözləmək məcburiyyətində qalmırlar.
Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin3 saylı ərazi idarəsi haqqında olacaq.
Bolgexeber.com