BolgeXeber.Com » Xəbərlər » Öz qohumunu zorlayaraq şantaj edən 37 yaşlı Bakı sakini qandallandı - Prokurorluq xəbər yaydı

Öz qohumunu zorlayaraq şantaj edən 37 yaşlı Bakı sakini qandallandı - Prokurorluq xəbər yaydı

15-08-2017, 18:40
Oxunub: 2 775 Öz qohumunu zorlayaraq şantaj edən 37 yaşlı Bakı sakini qandallandı - Prokurorluq xəbər yaydı37 yaşlı Bakı sakini qohumuna qarşı cinsi təcavüz etməkdə ittiham olunaraq, həbs edilib

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu – Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1 (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb:

"İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaqla həmçinin, M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.

M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə, təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib".