BolgeXeber.Com » Xəbərlər » Bukmeker kontorundan ilginc proqnoz - “Qarabağ” qalib gələcək

Bukmeker kontorundan ilginc proqnoz - “Qarabağ” qalib gələcək

15-08-2017, 19:16
Oxunub: 4 936 Bukmeker kontorundan ilginc proqnoz - “Qarabağ” qalib gələcəkBu gün saat 20:00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanın futbol tarixində ilk dəfə Çempionlar liqasının pley-off mərhələsinin oyunu keçiriləcək. “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək

Virtualaz.org xəbər verir ki, “Marafon” bukmeker kontoru bu oyunda “Qarabağ”ın qələbə şansının daha çox olduğunu güman edir. Belə ki, ağdamlıların qələbəsinin əmsalı 2,29, danimarkalıların qələbəsinin əmsalı isə 3,56 kimi qiymətləndirilir. Heç-heçəyə ümid edənlər hər 1 manata 3,25 manat qazana bilər.

Bununla belə, ən aşağı əmsala malik yekun hesab proqnozu 1:1-dir (5,90). Bundan azca inandırıcı nəticə kimi “Qarabağ”ın 1:0-lıq qələbəsi göstərilir (6,60).

Bukmekerlərin fikrincə, axşamkı oyunda çox qol görməyəcəyik. 2 və daha az topun vurulmasının ehtimalı 1,65 əmsalı ilə dəyərlənridilir. “Üst”ə (2,5+) pul yatıranları 2,47 əmsalı gözləyir.