BolgeXeber.Com » Mədəniyyət » ““Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı virtual olaraq nəinki Azərbaycan daxilində, ölkəmizdən kənarda da təbliğ edək!"

““Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı virtual olaraq nəinki Azərbaycan daxilində, ölkəmizdən kənarda da təbliğ edək!"

15-08-2017, 21:04
Oxunub: 5 669 ““Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı virtual olaraq nəinki Azərbaycan daxilində, ölkəmizdən kənarda da təbliğ edək!"Azərbaycan muğamı dövrümüzə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edərək , mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilərək İngiltərə, Almanya , Fransa, Yaponiya ve ABŞ-da marağın artmasına səbəb olub

““Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı virtual olaraq nəinki Azərbaycan daxilində, ölkəmizdən kənarda da təbliğ edək!"-Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun koordinantoru Gülşən Əşrəfova

2017-ci il iyul ayının 2-dən etibarən Azərbaycanda sosial şəbəkələrdə "Nicat Müslümov" tərəfindən "Muğam dünyası" adlı qrup yaradıldı. Məqsəd Azərbaycanda və Azərbaycandan kənar muğamsevərləri bir araya gətirməkdir. "Muğam dünyası" olaraq qayəmiz Muğamı nəinki Azərbaycanda, ölkəmizdən kənarda da, müxtəlif dillərdə statuslar yazaraq təbliğ etməkdir. Azərbaycan xalqının tarixini , mədəniyyətini, incəsənətini, ədəbiyyatını yaşatmaq, gələcək nəsillərə qoruyub saxlamaq və bütün dünyada tanıtmaqdır.Demək olar ki, fəaliyyətimizin 2 ayı tamam olur. Artiq 12.600-dən çox izləyicimiz var. Bildiyimiz kimi "Mugam" Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır.
Azərbaycan muğamı dövrümüzə qədər milli ənənələri xalis şəkildə qoruyub saxlayıb və mütəxəssislərin fikrincə, kifayət qədər inkişaf edərək , mədəni dəyərlərin yüksək bədii ifadə formasına çevrilərək İngiltərə, Almanya , Fransa, Yaponiya ve ABŞ-da marağın artmasına səbəb olub.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO ve İSESCO-nun xoşməramlı səfiri , Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da söylədiyi kimi "Təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan ,azad , özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli mədəni irsimizin əsas hissəsini təşkil edir. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur. Muğam hər bir azərbaycanlının həyatına az qala doğulduğu andan daxil olur. Həqiqətən də ölkəmizi muğamsız , muğamı isə Azərbaycansız təsəvvür etmək çətindir". " Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq"!
MUĞAM DÜNYASI KOORDINATORU:- Əşrəfova Gülşən
Təbriz Məhərrəmoğlu
Bolgexeber.com