“Qarabağ” ÇL-in pley-off mərhələsində “Kopenhagen”ə qalib gəlib-VİDEO
16-08-2017, 09:57
Oxunub: 3 749
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start verilib
Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunub.
Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub.
Çempionlar Liqasının himninin ilk dəfə ölkəmizdə səslənməsi ilə başlayan qarşılaşmanın taleyini 1 qol həll edib. İlk yarıda hesabı açan Mahir Mədətov Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşləri sevindirib.
Bu qol Azərbaycan çempionuna 1:0 hesablı qələbə qazandırıb. Çempionlar Liqasının pley-offundakı tarixi oyun - debütümüz qələbə ilə əlamətdar olub.
Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun
15 avqust
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Taqliavento
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə