BolgeXeber.Com » İdman » "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

"Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO

17-08-2017, 10:17
Oxunub: 4 172 "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEOFutbol üzrə İspaniya Super Kuboku uğrunda cavab oyunu keçirilib

"Report" xəbər verir ki, "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb. Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. 4-cü dəqiqədə Marko Asensio hesabı açıb. 39-cu dəqiqədə Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib. Bununla da "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.
Qeyd edək ki, Barselonada keçirilmiş ilk oyunda da "Real Madrid" qələbə qazanıb - 3:1. Həmin görüşdə "kral klubu"nun lideri Kriştianu Ronaldu qırmızı vərəqə aldığı üçün "Nou Kamp"da meydana çıxmayıb.