BolgeXeber.Com » Xəbərlər » Paytaxtın bəzi ərazilərində sensorlu işıqforlar quraşdırılıb--VIDEO

Paytaxtın bəzi ərazilərində sensorlu işıqforlar quraşdırılıb--VIDEO

17-08-2017, 16:32
Oxunub: 2 747 Paytaxtın bəzi ərazilərində sensorlu işıqforlar quraşdırılıb--VIDEOPaytaxt ərazisində ilk dəfə sensorlu işıqforlar quraşdırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Bolgexeber.com-a aşıqlamasında bildirdi ki, Sovetski layihəsi çərçivəsində salınan yolların ümumi əhəmiyyəti nəzərə alınaraq ölkənin yol strukturunda bəzi dəyişikliklər edilib.
Həmin dəyişikliklər çərçivəsində Azərbaycana 8 ədəd sensorlu işıqfor gətirilib. Mais Ağayev həmçinin işıqforla nizamlanmış piyada keçidlərində edilmiş digər dəyişiklikdən də danışıb. Belə ki, Sovetski layihəsi çərçivəsində salınan yollarda piyada keçidləri qanunvericiliyə uyğun olaraq qırıq xəttlərlə işarələnib.